​"Fukusima-1" AES-də radioaktiv suyun sızması baş verib

​"Fukusima-1" AES-də radioaktiv suyun sızması baş verib Sızma altıncı reaktorun soyutma sistemindəki boruların birində qeydə alınıb
Digər ölkələr
18 Fevral , 2015 10:46
​Fukusima-1 AES-də radioaktiv suyun sızması baş verib

Bakı. 18 fevral. REPORT.AZ/ Yaponiyanın qəzalı "Fukusima-1" stansiyasında radioaktiv suyun sızması baş verib.

"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə stansiyanın operatoru "Tokio elektrik pauer" (TEPKO) şirkəti məlumat verib.

Şirkətin məlumatına əsasən, sızma altıncı reaktorun soyutma sistemindəki boruların birində qeydə alınıb. Hazırda təmir işlərinin aparılması üçün soyutma qurğusunun işi dayandırılıb. 

Sistemin təxminən bir sutkadan sonra işə salınacağı gözlənilir. Bu müddətdə hovuzdakı temperatur 17-dən 23 C qədər arta bilər. Temperaturun 65 dərəcəyə qədər yüksəlməsi yol verilən hesab olunur. 

Son xəbərlər

Orphus sistemi