Bakı. 3 iyul. REPORT.AZ/ Fransanın şimalında yerləşən "Palüel" Atom Elektrik Stansiyasında (AES) güclü yanğın olub.
"Report" xəbər verir ki, bu haqda TASS məlumat yayıb.
Hadisə yerinə 70-ə yaxın yanğınsöndürən maşın cəlb edilib və alov 6 saata söndürülüb.
AES rəhbərliyi bildirib ki, radioaktiv tullantılar yanmayıb. Stansiyadakı işçilərin hamısı sağ-salamat hadisə yerini tərk edib.
Məlumata əsasən, AES Normandiyada yerləşir. Stansiyada 4 energetika bloku var. Hazırda onların 3-ü fəaliyyət göstərir. AES-də 1250-yə yaxın işçi çalışır.