Yuxarı
    Bağlamaq

    ​Fransada AES-də yanğın olub

    Stansiyadakı işçilərin hamısı sağ-salamat hadisə yerini tərk edib

    Bakı. 3 iyul. REPORT.AZ/ Fransanın şimalında yerləşən "Palüel" Atom Elektrik Stansiyasında (AES) güclü yanğın olub.

    "Report" xəbər verir ki, bu haqda TASS məlumat yayıb.

    Hadisə yerinə 70-ə yaxın yanğınsöndürən maşın cəlb edilib və alov 6 saata söndürülüb.

    AES rəhbərliyi bildirib ki, radioaktiv tullantılar yanmayıb. Stansiyadakı işçilərin hamısı sağ-salamat hadisə yerini tərk edib.

    Məlumata əsasən, AES Normandiyada yerləşir. Stansiyada 4 energetika bloku var. Hazırda onların 3-ü fəaliyyət göstərir. AES-də 1250-yə yaxın işçi çalışır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi