"Ən-Nusra Cəbhəsi" "Dəstə 30" qruplaşmasının liderini ələ keçirib

"Ən-Nusra Cəbhəsi" "Dəstə 30" qruplaşmasının liderini ələ keçirib Nadim əl-Həsənlə birlikdə bir neçə üsyançı da qaçırılıb
Digər ölkələr
31 İyul , 2015 05:30
Ən-Nusra Cəbhəsi Dəstə 30 qruplaşmasının liderini ələ keçirib

Bakı. 31 iyul. REPORT.AZ/ "Ən-Nusra Cəbhəsi" təşkilatı Suriyanın şimalında ABŞ-ın Türkiyədəki bazasında təlim keçmiş "Dəstə 30" qruplaşmasının liderini ələ keçirib.

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, "Dəstə 30" qruplaşmasının üzvləri "ən-Nusra Cəbhəsi" təşkilatını onların lideri Nadim əl-Həsəni ələ keçirməkdə ittiham edirlər.

Məlumata görə, Hələbdən şimalda yerləşən Aazaz şəhərindən üsyançı qrupların əlaqələndirilməsi üzrə görüşdən qayıdan zaman sözügedən qrupun lideri və bir neçə üsyançı oğurlanıb. 

Son xəbərlər

Orphus sistemi