Bakı. 31 iyul. REPORT.AZ/ "Ən-Nusra Cəbhəsi" təşkilatı Suriyanın şimalında ABŞ-ın Türkiyədəki bazasında təlim keçmiş "Dəstə 30" qruplaşmasının liderini ələ keçirib.
"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, "Dəstə 30" qruplaşmasının üzvləri "ən-Nusra Cəbhəsi" təşkilatını onların lideri Nadim əl-Həsəni ələ keçirməkdə ittiham edirlər.
Məlumata görə, Hələbdən şimalda yerləşən Aazaz şəhərindən üsyançı qrupların əlaqələndirilməsi üzrə görüşdən qayıdan zaman sözügedən qrupun lideri və bir neçə üsyançı oğurlanıb.