"EgyptAir"in qaçırılmış təyyarəsinin yerli sərnişinləri azad edilib - VİDEO

"EgyptAir"in qaçırılmış təyyarəsinin yerli sərnişinləri azad edilib - VİDEO Onlar artıq layneri tərk edib və təhlükəsiz yerə aparılıb
Digər ölkələr
29 Mart , 2016 10:30
EgyptAirin qaçırılmış təyyarəsinin yerli sərnişinləri azad edilib - VİDEO

Bakı. 29 mart. REPORT.AZ/ "EgyptAir" aviaşirkətinə məxsus qaçırılmış təyyarənin yerli sərnişinləri azad edilib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, təyyarənin göyərtəsində yalnız ekipaj üzvləri və daha 4 əcnəbi vətəndaş qalıb.

Azad olunan sərnişinlər artıq layneri tərk edib və təhlükəsiz yerə aparılıb.

Daha əvvəl təyyarəni qaçıran naməlum şəxslərin 50 qadın və uşağa layneri tərk etmək imkanı yaradacağı bildirilirdi.

"Əl Ərəbiyyə" telekanalının məlumatına görə, təyyarəni qaçıran şəxs yalnız Misir vətəndaşı olan sərnişinlərə layneri tərk etməyə icazə verib.

Son xəbərlər

Orphus sistemi