Bakı. 21 may. REPORT.AZ/ Əfqanıstanın mərkəzində, Bahram mahalında terrorçu-kamikadzenin ABŞ Silahlı Qüvvələrinə məxsus avtomobil karvanına hücumunun çoxlu qurbanı var.
"Report" xəbər verir ki, bu haqda "Khaama Press" məlumat yayıb.
Şahidlər bildirib ki, terrorçu partlayıcı dolu avtomobili hərbçilərin maşın karvanına çırpıb. Hadisənin məsuliyyətini terrorçu "Taliban" hərəkatı üzərinə götürüb.
Hakimiyyət bu terror aktını hələ təsdiqləməyib.
Qeyd edək ki, Bahramda ABŞ Silahlı Qüvvələrinin bazası yerləşir.