​Əfqanıstan Ali Məhkəməsinin baş katibi qətlə yetirilib

​Əfqanıstan Ali Məhkəməsinin baş katibi qətlə yetirilib Qətlin məsuliyyətini "Taliban" hərəkatının yaraqlıları öz üzərinə götürüb
Digər ölkələr
13 Dekabr , 2014 11:25
​Əfqanıstan Ali Məhkəməsinin baş katibi qətlə yetirilib

Bakı. 13 dekabr. REPORT.AZ/ Əfqanıstan Ali Məhkəməsinin baş katibi Atiqullah Rafuvini yaraqlılar tərəfindən qətlə yetirib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə paytaxt Kabilin polis cinayət-axtarış bölməsinin rəisi bildirib.

Hadisə dekabrın 13-də səhər saatlarında Kabildə baş katibin yaşadığı evin yaxınlığında olub.

A.Rafuvinini həmkarları bildirib ki, motosikletə minmiş iki kişi evə yaxınlaşaraq, ona atəş açıblar.

Qətlin məsuliyyətini "Taliban" hərəkatının yaraqlıları öz üzərinə götürüb.

Son xəbərlər

Orphus sistemi