Dünyanın ən dəqiq aviaşirkətlərinin adları açıqlanıb

Dünyanın ən dəqiq aviaşirkətlərinin adları açıqlanıb 20 ən dəqiq aviaşirkətin reytinqi 43,5 mln. uçuşlarının təhlili əsasında tərtib olunub
Digər ölkələr
9 Yanvar , 2015 13:09
Dünyanın ən dəqiq aviaşirkətlərinin adları açıqlanıb

Bakı. 9 yanvar. REPORT.AZ/ Dünyanın ən dəqiq aviaşirkətləri üçlüyünə "AirBaltic", "Hawaiian Airlines", "Аustrian Аirlines" daxil olub. "Report" xəbər verir ki, bu barədə aviasiya informasiyası sahəsində lider olan Britaniyanın "OAG" şirkətinin məruzəsində deyilir.

20 ən dəqiq aviaşirkətin reytinqi 43,5 mln. uçuşların təhlili əsasında tərtib olunub.

Beşliyə, həmçinin İspaniyanın milli və ən iri aviadaşıyıcısı olan "Iberia" və Norveçin "Norwegian Air Shuttle" aviaşirkətləri daxil olub. "Saudi Arabian Airlines" siyahıda 7-ci yeri tutub, "Air Europa" - 16-cı yeri, "Lufthansa" isə reytinqin 17-ci pilləsində qərarlaşıb. 

Son xəbərlər

Orphus sistemi