Depardyenin Ukraynaya girişi qadağan edildi

Depardyenin Ukraynaya girişi qadağan edildi Depardye bir qədər əvvəl bildirmişdi ki, "Rusiya və onun tərkib hissəsi olan Ukraynanı çox sevir"
Digər ölkələr
28 İyul , 2015 23:15
Depardyenin Ukraynaya girişi qadağan edildi

Bakı. 28 iyul. REPORT.AZ/ Məşhur fransız aktyoru Jerar Depardyenin Ukraynaya girişi qadağan edilib.

"Report"un Lenta.Ru saytına istinadən verdiyi xəbərə görə, Ukrayna Təhlükəsizlik Xidmətinin qərarına əsasən, Depardyeyə şamil olunan giriş qadağası beş il müddətinə tətbiq olunacaq.

Fransa və Rusiya vətəndaşlığı olan aktyor daha əvvəl bildirmişdi ki, "Rusiya və onun tərkib hissəsi olan Ukraynanı çox sevir".

Son xəbərlər

Orphus sistemi