Yuxarı

Depardyenin Ukraynaya girişi qadağan edildi

Depardye bir qədər əvvəl bildirmişdi ki, Rusiya və onun tərkib hissəsi olan Ukraynanı çox sevir

Bakı. 28 iyul. REPORT.AZ/ Məşhur fransız aktyoru Jerar Depardyenin Ukraynaya girişi qadağan edilib.

"Report"un Lenta.Ru saytına istinadən verdiyi xəbərə görə, Ukrayna Təhlükəsizlik Xidmətinin qərarına əsasən, Depardyeyə şamil olunan giriş qadağası beş il müddətinə tətbiq olunacaq.

Fransa və Rusiya vətəndaşlığı olan aktyor daha əvvəl bildirmişdi ki, "Rusiya və onun tərkib hissəsi olan Ukraynanı çox sevir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi