Bakı. 30 yanvar. REPORT.AZ/ Cənubi Koreyanın cənub-şərqində meşədə başlayan yanğının söndürülməsi zamanı helikopterin qəzaya uğraması nəticəsində pilot ölüb.
"Report" xəbər verir ki, bu haqda yerli "Yonhap" agentliyi məlumat yayıb.
Məlumata görə, 61 yaşlı pilot helikopterin göyərtəsində tək olub.
Hadisə ölkə paytaxtı Seuldan 260 km cənub-qərbdə Çolla-Pukto əyalətində baş verib.
Qəzanın səbəbləri araşdırılır.