Cənubi Koreyada helikopter qəzaya uğrayıb, pilot ölüb

Cənubi Koreyada helikopter qəzaya uğrayıb, pilot ölüb Hadisə Seuldan 260 km cənub-qərbdə Çolla-Pukto əyalətində baş verib
Digər ölkələr
30 Yanvar , 2016 13:19
Cənubi Koreyada helikopter qəzaya uğrayıb, pilot ölüb

Bakı. 30 yanvar. REPORT.AZ/ Cənubi Koreyanın cənub-şərqində meşədə başlayan yanğının söndürülməsi zamanı helikopterin qəzaya uğraması nəticəsində pilot ölüb. 

"Report" xəbər verir ki, bu haqda yerli "Yonhap" agentliyi məlumat yayıb.

Məlumata görə, 61 yaşlı pilot helikopterin göyərtəsində tək olub.

Hadisə ölkə paytaxtı Seuldan 260 km cənub-qərbdə Çolla-Pukto əyalətində baş verib.

Qəzanın səbəbləri araşdırılır. 

Son xəbərlər

Orphus sistemi