​Burkina Fasoda prezident səlahiyyətlərini icra edən Mişel Kafando vəzifəsindən kənarlaşdırılıb

​Burkina Fasoda prezident səlahiyyətlərini icra edən Mişel Kafando vəzifəsindən kənarlaşdırılıb Onunla birlikdə baş nazir və bir neçə nazir girov götürülüb
Digər ölkələr
17 Sentyabr , 2015 14:28
​Burkina Fasoda prezident səlahiyyətlərini icra edən Mişel Kafando vəzifəsindən kənarlaşdırılıb

Bakı. 17 sentyabr. REPORT.AZ/ Burkina Fasonun keçid parlamentinin spikeri Şərif Say dövlət çevrilişi baş verdiyini bildirərək xalqı ona qarşı çıxmağa çağırıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, spiker RFI radiostansiyasının efirində çıxış edərək ölkədə baş verənləri pisləyib və bu hadisələrə cavab olaraq insanları "dərhal ayağa qalxmağa" çağırıb.

Bir qədər əvvəl Burkina Faso hərbçilərinin liderləri prezident səlahiyyətlərini müvəqqəti icra edən Mişel Kafandonun vəzifəsindən kənarlaşdırıldığını bildiriblər. Hərbçilər həmçinin müvəqqəti hökumətin işinə xitam verildiyi barədə də məlumat yayıb. Eyni zamanda, prezidentin mühafizəsi M.Kafando, baş nazir və bir neçə naziri girov götürərək saxlayıb.

Son xəbərlər

Orphus sistemi