Yuxarı

​Burkina Fasoda prezident səlahiyyətlərini icra edən Mişel Kafando vəzifəsindən kənarlaşdırılıb

Onunla birlikdə baş nazir və bir neçə nazir girov götürülüb

Bakı. 17 sentyabr. REPORT.AZ/ Burkina Fasonun keçid parlamentinin spikeri Şərif Say dövlət çevrilişi baş verdiyini bildirərək xalqı ona qarşı çıxmağa çağırıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, spiker RFI radiostansiyasının efirində çıxış edərək ölkədə baş verənləri pisləyib və bu hadisələrə cavab olaraq insanları "dərhal ayağa qalxmağa" çağırıb.

Bir qədər əvvəl Burkina Faso hərbçilərinin liderləri prezident səlahiyyətlərini müvəqqəti icra edən Mişel Kafandonun vəzifəsindən kənarlaşdırıldığını bildiriblər. Hərbçilər həmçinin müvəqqəti hökumətin işinə xitam verildiyi barədə də məlumat yayıb. Eyni zamanda, prezidentin mühafizəsi M.Kafando, baş nazir və bir neçə naziri girov götürərək saxlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi