Bakı. 25 oktyabr. REPORT.AZ/ "British Airways" aviaşirkətinə məxsus təyyarə Kanadanın Vankuver hava limanına təcili eniş edib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, təcili enişə təyyarənin göyərtəsində tüstülənmə səbəb olub. Hadisə nəticəsində 25 nəfər xəsarət alıb və onlar xəstəxanaya yerləşdiriliblər.