​"Böyük-7"liyin növbəti sammitinin tarixi açıqlanıb

​"Böyük-7"liyin növbəti sammitinin tarixi açıqlanıb Rusiya prezidentinin dəvət olunması məsələsi hələ həll edilməyib
Digər ölkələr
23 İyun , 2015 10:35
​Böyük-7liyin növbəti sammitinin tarixi açıqlanıb

Bakı. 23 iyun. REPORT.AZ/ "Böyük-7"liyin ("G7") növbəti zirvə toplantısı 2016-cı il mayın 26-27-də Yaponiyada keçiriləcək.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, bunu Yaponiya Xarici İşlər Nazirliyinin təmsilçisi Yosixide Suqa jurnalistlərə bildirib.

O, deyib ki, zirvə toplantısında iştirak etmək üçün Rusiya prezidenti Vladimir Putinə dəvətnamə göndərilməsi məsələsi hələ həll edilməyib.

"Çox güman ki, Ukraynadakı böhran sammitin gündəliyində olacaq. Bunula belə, Yaponiya Asiya bölgəsinin təhlükəsizliyinə daha çox diqqət ayrılmasını istəyərdi", - XİN nümayəndəsi vurğulayıb.

Son xəbərlər

Orphus sistemi