Yuxarı

​"Böyük-7"liyin növbəti sammitinin tarixi açıqlanıb

Rusiya prezidentinin dəvət olunması məsələsi hələ həll edilməyib

Bakı. 23 iyun. REPORT.AZ/ "Böyük-7"liyin ("G7") növbəti zirvə toplantısı 2016-cı il mayın 26-27-də Yaponiyada keçiriləcək.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, bunu Yaponiya Xarici İşlər Nazirliyinin təmsilçisi Yosixide Suqa jurnalistlərə bildirib.

O, deyib ki, zirvə toplantısında iştirak etmək üçün Rusiya prezidenti Vladimir Putinə dəvətnamə göndərilməsi məsələsi hələ həll edilməyib.

"Çox güman ki, Ukraynadakı böhran sammitin gündəliyində olacaq. Bunula belə, Yaponiya Asiya bölgəsinin təhlükəsizliyinə daha çox diqqət ayrılmasını istəyərdi", - XİN nümayəndəsi vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi