​BMT əməkdaşlarını Yəmənin paytaxtından təxliyə edir

​BMT əməkdaşlarını Yəmənin paytaxtından təxliyə edir Qiyamçılar BMT-nin 140 əməkdaşını Sənanı tərk etməsinə icazə verməmişdi
Digər ölkələr
28 Mart , 2015 15:00
​BMT əməkdaşlarını Yəmənin paytaxtından təxliyə edir

Bakı. 28 mart. REPORT.AZ/ BMT əməkdaşlarını Yəmənin paytaxtı Sənadan təxliyə edir. "Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə təşkilatın Yəməndəki nümayəndəliyinin rəsmisi Farxan Xak bildirib.

O, jurnalistlərə açıqlamasında deyib ki, BMT Sənada çox az sayda əməkdaş saxlayacaq.

"Biz onların da təxliyə edilməsinin zəruriliyini hiss etsək, o zaman əməkdaşlarımızı müvəqqəti olaraq başqa yerə köçürəcəyik", - Farxan Xak vurğulayıb.

Xatırladaq ki, əvvəlcə qiyamçı husilərin silahlıları BMT-nin 140 əməkdaşını Sənanı tərk etməsinə icazə verməmişdi. 

Son xəbərlər

Orphus sistemi