Yuxarı

​BMT əməkdaşlarını Yəmənin paytaxtından təxliyə edir

Qiyamçılar BMT-nin 140 əməkdaşını Sənanı tərk etməsinə icazə verməmişdi

Bakı. 28 mart. REPORT.AZ/ BMT əməkdaşlarını Yəmənin paytaxtı Sənadan təxliyə edir. "Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə təşkilatın Yəməndəki nümayəndəliyinin rəsmisi Farxan Xak bildirib.

O, jurnalistlərə açıqlamasında deyib ki, BMT Sənada çox az sayda əməkdaş saxlayacaq.

"Biz onların da təxliyə edilməsinin zəruriliyini hiss etsək, o zaman əməkdaşlarımızı müvəqqəti olaraq başqa yerə köçürəcəyik", - Farxan Xak vurğulayıb.

Xatırladaq ki, əvvəlcə qiyamçı husilərin silahlıları BMT-nin 140 əməkdaşını Sənanı tərk etməsinə icazə verməmişdi. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi