Aktobedə antiterror əməliyyatları zamanı 5 terrorçu öldürülüb - YENİLƏNİB

Aktobedə antiterror əməliyyatları zamanı 5 terrorçu öldürülüb - YENİLƏNİB Yaraqlılar silahlı müqavimət göstərib
Digər ölkələr
10 İyun , 2016 10:26
Aktobedə antiterror əməliyyatları zamanı 5 terrorçu öldürülüb - YENİLƏNİB

Bakı. 10 iyun. REPORT.AZ/ Bu gün Aktobedə aparılan antirerror əməliyyatları zaman 5 terrorçu öldürülüb. İki polis əməkdaşı yüngül yaralanıb.

Bu barədə "Report" Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin rəsmi saytına istinadən xəbər verir.

***09:06

Bakı. 10 iyun. REPORT.AZ/ İyunun 10-da Aktyubinsk vilayəti  terrorizmlə mübarizə üzrə opertaiv ştabı  Aktobe şəhərindəkı terror aktının törədilməsində iştirak edən şəxslərin saxlanılması üzrə əməliyyatları davam  etdirir.

"Report" xəbər verir ki, bu barədə Qazaxıstanın Antiterror mərkəzindən bildiriblər. 

Mərkəzin məlumatına görə, təslim olmaq təklifinə terrorçular silahlı müqavimət göstərib. 

"Tədbirlər davam etdirilir, onların nəticələri haqqında əlavə məlumat veriləcək. Əməliyyatların keçirilməsi zamanı əhalinin təhlükəsizliyi təmin olunub", - məlumatda deyilir. 

Son xəbərlər

Orphus sistemi