Bakı. 10 iyun. REPORT.AZ/ Bu gün Aktobedə aparılan antirerror əməliyyatları zaman 5 terrorçu öldürülüb. İki polis əməkdaşı yüngül yaralanıb.
Bu barədə "Report" Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin rəsmi saytına istinadən xəbər verir.
***09:06
Bakı. 10 iyun. REPORT.AZ/ İyunun 10-da Aktyubinsk vilayəti terrorizmlə mübarizə üzrə opertaiv ştabı Aktobe şəhərindəkı terror aktının törədilməsində iştirak edən şəxslərin saxlanılması üzrə əməliyyatları davam etdirir.
"Report" xəbər verir ki, bu barədə Qazaxıstanın Antiterror mərkəzindən bildiriblər.
Mərkəzin məlumatına görə, təslim olmaq təklifinə terrorçular silahlı müqavimət göstərib.
"Tədbirlər davam etdirilir, onların nəticələri haqqında əlavə məlumat veriləcək. Əməliyyatların keçirilməsi zamanı əhalinin təhlükəsizliyi təmin olunub", - məlumatda deyilir.