ABŞ dövlət katibi Bəşşar Əsədə xəbərdarlıq edib

ABŞ dövlət katibi Bəşşar Əsədə xəbərdarlıq edib Kerri: "Atəşkəs planının uğursuzluğu təqdirində Suriyaya əlavə quru qoşunların göndərilməsi mümkündür"
Digər ölkələr
13 Fevral , 2016 10:46
ABŞ dövlət katibi Bəşşar Əsədə xəbərdarlıq edib

Bakı. 13 fevral. REPORT.AZ/ ABŞ dövlət katibi Con Kerri Suriya prezidenti Bəşşar Əsədə xəbərdarlıq edib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, ABŞ rəsmisi "Orient TV" telekanalına müsahibəsində qarşı tərəfin üzərinə götürdüyü öhdəliklərə əməl etməyəcəyi halda ölkəyə əlavə quru qoşunları yeridilməsinin ehtimalından danışıb.

"Əsəd üzərinə götürdüyü öhdəliklərə əməl etməsə, iranlılar və ruslar isə vəd etdiklərini həyata keçirə bilməsə, dünya ictimaiyyətinin üzvləri, əlbəttə ki, axmaq kimi oturub baş verənləri izləməyəcək", - deyə amerikalı diplomat bildirib.

C.Kerri qeyd edib ki, atəşkəs planının uğursuzluğu təqdirində Suriyaya əlavə quru qoşunların göndərilməsi mümkündür.

Son xəbərlər

Orphus sistemi