​ABŞ-da konsertdə baş verən atışma nəticəsində iki nəfər ağır yaralanıb

​ABŞ-da konsertdə baş verən atışma nəticəsində iki nəfər ağır yaralanıb Hələlik atəş açanın kimliyi məlum deyil
Digər ölkələr
13 İyul , 2015 11:25
​ABŞ-da konsertdə baş verən atışma nəticəsində iki nəfər ağır yaralanıb

Bakı. 13 iyul. REPORT.AZ/ ABŞ-da Nyu-York şəhərinin Bruklin rayonunda baş verən atışma nəticəsində iki nəfər yaralanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu yerli hüquq-mühafizə orqanlarından bildiriblər. 

Hadisə şəhər parkındakı Bruklin muzeyinin yaxınlığında, kiçik musiqi festivalı keçirilən yerdə baş verib.

Məlumata görə, yerli musiqi qruplarından biri çıxış edən zaman tamaşaçılar arasından bir nəfər atəş açaraq, 15 yaşlı iki yeniyetməni yaralayıb.

Ağır vəziyyətdə olan yaralılar xəstəxanaya aparılıb. Hələlik atəş açanın kimliyi məlum deyil. Hadisə ilə bağlı polis araşdırma aparır. 

Son xəbərlər

Orphus sistemi