Yuxarı

​ABŞ-da konsertdə baş verən atışma nəticəsində iki nəfər ağır yaralanıb

Hələlik atəş açanın kimliyi məlum deyil

Bakı. 13 iyul. REPORT.AZ/ ABŞ-da Nyu-York şəhərinin Bruklin rayonunda baş verən atışma nəticəsində iki nəfər yaralanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu yerli hüquq-mühafizə orqanlarından bildiriblər. 

Hadisə şəhər parkındakı Bruklin muzeyinin yaxınlığında, kiçik musiqi festivalı keçirilən yerdə baş verib.

Məlumata görə, yerli musiqi qruplarından biri çıxış edən zaman tamaşaçılar arasından bir nəfər atəş açaraq, 15 yaşlı iki yeniyetməni yaralayıb.

Ağır vəziyyətdə olan yaralılar xəstəxanaya aparılıb. Hələlik atəş açanın kimliyi məlum deyil. Hadisə ilə bağlı polis araşdırma aparır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi