​ABŞ-da təyyarə qəzaya uğrayıb, 4 nəfər ölüb

​ABŞ-da təyyarə qəzaya uğrayıb, 4 nəfər ölüb Faktla bağlı Nəqliyyatın Milli Təhlükəsizlik İdarəsi tərəfindən təhqiqat başlanılıb
Digər ölkələr
28 İyul , 2016 06:35
​ABŞ-da təyyarə qəzaya uğrayıb, 4 nəfər ölüb

Bakı. 28 iyul. REPORT.AZ/ ABŞ-da təyyarə qəzası baş verib. 

"Report" xarici mətbuata istinadfən xəbər verir ki, hadisə Kaliforniya ştatının Kolumbiya şəhərində baş verib.

Belə ki, kiçik "Cessna 310" təyyarəsi Kolumbiya şəhərində aeroport ərazisində gözlənilmədən yerə düşüb. Qəza nəticəsində 4 nəfər ölüb.

Hadisədən dərhal sonra təyyarədə yanğın baş verib. 

Faktla bağlı ABŞ Nəqliyyatının Milli Təhlükəsizlik İdarəsinin əməkdaşları təhqiqata başlayıb.

Son xəbərlər

Orphus sistemi