Yuxarı
    Bağlamaq

    ​ABŞ-da təyyarə qəzaya uğrayıb, 4 nəfər ölüb

    Faktla bağlı Nəqliyyatın Milli Təhlükəsizlik İdarəsi tərəfindən təhqiqat başlanılıb

    Bakı. 28 iyul. REPORT.AZ/ ABŞ-da təyyarə qəzası baş verib. 

    "Report" xarici mətbuata istinadfən xəbər verir ki, hadisə Kaliforniya ştatının Kolumbiya şəhərində baş verib.

    Belə ki, kiçik "Cessna 310" təyyarəsi Kolumbiya şəhərində aeroport ərazisində gözlənilmədən yerə düşüb. Qəza nəticəsində 4 nəfər ölüb.

    Hadisədən dərhal sonra təyyarədə yanğın baş verib. 

    Faktla bağlı ABŞ Nəqliyyatının Milli Təhlükəsizlik İdarəsinin əməkdaşları təhqiqata başlayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi