Referendumu izləmək üçün MSK-da 846 müşahidəçi qeydiyyatdan keçib

Referendumu izləmək üçün MSK-da 846 müşahidəçi qeydiyyatdan keçib MSK-da qeydə alınanlardan 6 nəfəri MDB Parlamentlərarası Assambelyasının Şurasının Katibliyini təmsil edir
Daxili siyasət
7 Sentyabr , 2016 16:35
Referendumu izləmək üçün MSK-da 846 müşahidəçi qeydiyyatdan keçib

Bakı. 7 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin olunmuş ümumxalq səsverməsini (referendum) izləmək üçün Mərkəzi Seçki Komissiyasında (MSK) 846 müşahidəçi qeydiyyatdan keçib.

“Report”un xəbərinə görə, bu barədə MSK sədri Məzahir Pənahov məlumat verib.

MSK-da qeydə alınanlardan 6 nəfəri MDB Parlamentlərarası Assambelyasının Şurasının Katibliyini təmsil edir. 135 nəfər öz təşəbbüsü ilə qeydə alınıb.

M.Pənahov qeyd edib ki, dairə seçki komissiyalarında (DSK) 37 429 müşahidəçi qeydiyyata alınıb.

Son xəbərlər

Orphus sistemi