​Prezident İlham Əliyev: “Azərbaycan demokratik inkişafa sadiqdir”

​Prezident İlham Əliyev: “Azərbaycan demokratik inkişafa sadiqdir” “Azərbaycanda bütün azadlıqlar təmin edilib”
Daxili siyasət
4 May , 2015 12:10
​Prezident İlham Əliyev: “Azərbaycan demokratik inkişafa sadiqdir”

Bakı. 4 may. REPORT.AZ/ “Azərbaycan demokratik inkişafa sadiqdir. Azərbaycanda bütün azadlıqlar - siyasi fəaliyyət, söz azadlığı, sərbəst toplaşmaq azadlığı təmin edilib”. “Report”un xəbərinə görə, bunu Bakıda Asiya İnkişaf Bankının 48-ci illik toplantısında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev deyib. O bildirib ki, Azərbaycanda internetdən istifadə də tam azaddır: Azərbaycanda internetdən istifadə edən əhalinin sayı günü-gündən artır. Müasir informasiya kommunikasiya texnologiyalarına sərmayə qoyulub. Genişzolaqlı interneti hətta ölkənin ən ucqar kəndlərinə də çəkirik. Bu, bizim niyyətimizin göstəricisidir”.

Son xəbərlər

Orphus sistemi