Əli Həsənov: "Mətbuat deputatlığa namizədlərə bərabər şərait yaratmalıdır"

Əli Həsənov: "Mətbuat deputatlığa namizədlərə bərabər şərait yaratmalıdır" Prezidentinin köməkçisi: "Azərbaycanda hüquqi siyasi proses olan seçkilər üçün bütün şərait yaradılıb"
Daxili siyasət
2 Oktyabr , 2015 11:42
Əli Həsənov: Mətbuat deputatlığa namizədlərə bərabər şərait yaratmalıdır

Bakı. 2 oktyabr. REPORT.AZ/ “Mətbuat seçki mühitini doğru-düzgün təhlil etməlidir. Yəni, insanların bu işdə marağı, siyasi partiyalardakı vəziyyəti cəmiyyətə çatdırılmalıdır. Azərbaycan mətbuatı bunun öhdəsindən gələ bilir”.

“Report”un məlumatına görə, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, İctimai siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyası (MSK) və Mətbuat Şurasının təşkilatçılığı ilə “Milli Məclisə seçkilər: seçkiqabağı təşviqat prosesində KİV-lərin rolu və vəzifələri” mövzusunda seminar-müşavirədə deyib.

O qeyd edib ki, Azərbaycanda bu il parlament seçkiləri ilidir, hər bir seçki müəyyən sahələrin birgə fəaliyyətindən təşkil olunur: “Azərbaycanda müstəqllik dövründə 15-ə qədər seçki keçirilib. Bu işlərdə mətbuatın iştirakı təmin olunub. Burada şəffaflıq təmin edilib. Ümumən, seçkilərin əksəriyyəti şəffaf keçirilib. Düzdür, müəyyən qədər qüsurlar olub, bundan kimsə sığortalanmayıb. Bu, ictimai siyasi mühitdən və seçki üçün yaradılmış prosesdən asılıdır”.

Ə.Həsənov bildirib ki, indi də Azərbaycanda hüquqi siyasi proses olan seçkilər üçün bütün şərait yaradılıb: “Mətbuat tam müstəqildir . Mətbuat siyasi partiya olaraq, seçkiyə qatılmır. Ona görə də jurnalist vəsiqəsi kifayət edir ki, seçkini izələyə bilsinlər. Mərkəzi Seçki Komissiyası müstəqildir. Bəzən Mərkəzi Seçki Komissiyasının verdiyi rəylərə şübhə ilə yanaşırlar. Mətbuat bu məsələni də diqqətdə saxlamalıdır”.

O, həmçinin qeyd edib ki, mətbuat deputatlığa namizədlərə bərabər şərait yaratmalıdır: “Deputatlığa namizədlərdən biri pul verirsə, o biri vermirsə, burada qərəzə yol vermək olmaz. Balans qorunmalıdır”.

Ə.Həsənov vurğulayıb ki, Azərbaycan iqtidarı mətbuat vasitəsilə oppentlərinin, cəmiyyətin seçkiyə münasibətini öyrənir: “Heç kim deyə bilməz ki, Azərbaycan hakimiyyəti mediaya nəzarət edir. Belə deyil. Biz çalışırıq ki, mətbuatla səmərəli əməkdaşlıq edək”.

Son xəbərlər

Orphus sistemi