Əli Həsənov: “Azərbaycan demokratik, dünyəvi dövlətdir”

Əli Həsənov: “Azərbaycan demokratik, dünyəvi dövlətdir” “Azərbaycan hökuməti vətəndaşların bərabər hüquqlarını tanıyır”
Daxili siyasət
27 Aprel , 2016 11:56
Əli Həsənov: “Azərbaycan demokratik, dünyəvi dövlətdir”

Bakı. 27 aprel. REPORT.AZ/ “Azərbaycan demokratik, dünyəvi dövlətdir. Azərbaycan hökuməti vətəndaşların bərabər hüquqlarını tanıyır”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının VII Qlobal Bakı Forumu çərçivəsində “Mətbuat peşəkarlığı: Zorakı ekstremizmin təbliğatına qarşı müqavimətin təşkili üçün vasitələr” mövzusunda panel iclasında deyib.

“Azərbaycanda islam, xristian, yəhudi dini icmaları fəaliyyət göstərir. Onlara dövlət səviyyəsində diqqət göstərilir. Hökumət bu icmalar üçün məbədlər tikir. Beynəlxalq aləmdə nadir hal olsa da, bu, ölkəmizin reallığıdır”, - Ə.Həsənov vurğulayıb.

Son xəbərlər

Orphus sistemi