"Aztelekom"un həbs edilən baş direktoru YAP MNTK-nın sədri vəzifəsindən azad olunub

"Aztelekom"un həbs edilən baş direktoru YAP MNTK-nın sədri vəzifəsindən azad olunub "Hazırda o, Mərkəzi Nəzarət - Təftiş Komissiyasının sədri vəzifəsini daşımır"
Daxili siyasət
18 Noyabr , 2015 11:39
Aztelekomun həbs edilən baş direktoru YAP MNTK-nın sədri vəzifəsindən azad olunub

Bakı. 18 noyabr. REPORT.AZ/ Hazırda həbsdə olan "Aztelekom" MMC-nin baş direktoru, hakim Yeni Azərbaycan Partiyası Mərkəzi Nəzarət - Təftiş Komissiyasının sədri Məhəmməd Məmmədov partiyadakı vəzifəsindən azad olunub. 

YAP mətbuat xidmətindən "Report"a verilən məlumata görə, M.Məmmədov öz ərizəsi ilə Mərkəzi Nəzarət - Təftiş Komissiyasının sədri vəzifəsindən azad edilib. 

YAP-dan bildirilib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sistemində həyata keçirilən yoxlamalar nəticəsində nazirliyin "Aztelekom" İstehsalat Birliyinin baş direktoru Məhəmməd Məmmədovun barəsində həbs qətimkan tədbiri seçilib: "Yeni Azərbaycan Partiyası Mərkəzi Nəzarət - Təftiş Komissiyasının sədri olmuş Məhəmməd Məmmədov sözügedən yoxlamaların və istintaqın başlaması ilə əlaqədar YAP strukturlarında tutduğu vəzifədən azad olunmaq barədə ərizə ilə müraciət edib. Hazırda o, Mərkəzi Nəzarət - Təftiş Komissiyasının sədri vəzifəsini daşımır". 

Son xəbərlər

Orphus sistemi