Azərbaycanda şəhər icra hakimiyyəti başçısının müavini vəzifəsindən azad olunub

Azərbaycanda şəhər icra hakimiyyəti başçısının müavini vəzifəsindən azad olunub Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev birinci müavinini işdən çıxarıb
Daxili siyasət
30 Noyabr , 2015 13:11
Azərbaycanda şəhər icra hakimiyyəti başçısının müavini vəzifəsindən azad olunub

Bakı. 30 noyabr. REPORT.AZ/ Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Naqif Həmzəyev vəzifəsindən azad olunub. "Report" xəbər verir ki, onun vəzifədən çıxarılması haqqında əmri Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev imzalayıb.

N.Həmzəyevin yerinə təyinat olmayıb və hazırda Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsi boşdur.

Qeyd edək ki,1983-cü il təvəllüdlü N.Həmzəyev 2015-ci ilin martın 19-dan Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin edilmişdi.

O, noyabrın 1-də keçirilən parlament seçkilərində Gəncənin 38-saylı Nizami birinci seçki dairəsindən deputat seçilib. Milli Məclisdə hakim Yeni Azərbaycan Partiyasını təmsil edir. Qanunvericiliyə görə, Milli Məclisin deputatı icra hakimiyyəti strukturunda vəzifə tuta bilməz. 

N.Həmzəyev YAP-ın Gəncə şəhər təşkilatının sədridir. 

Son xəbərlər

Orphus sistemi