Yuxarı

Azərbaycanda şəhər icra hakimiyyəti başçısının müavini vəzifəsindən azad olunub

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev birinci müavinini işdən çıxarıb

Bakı. 30 noyabr. REPORT.AZ/ Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Naqif Həmzəyev vəzifəsindən azad olunub. "Report" xəbər verir ki, onun vəzifədən çıxarılması haqqında əmri Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev imzalayıb.

N.Həmzəyevin yerinə təyinat olmayıb və hazırda Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsi boşdur.

Qeyd edək ki,1983-cü il təvəllüdlü N.Həmzəyev 2015-ci ilin martın 19-dan Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin edilmişdi.

O, noyabrın 1-də keçirilən parlament seçkilərində Gəncənin 38-saylı Nizami birinci seçki dairəsindən deputat seçilib. Milli Məclisdə hakim Yeni Azərbaycan Partiyasını təmsil edir. Qanunvericiliyə görə, Milli Məclisin deputatı icra hakimiyyəti strukturunda vəzifə tuta bilməz. 

N.Həmzəyev YAP-ın Gəncə şəhər təşkilatının sədridir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi