Bakı. 11 iyun. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti
"Report"un məlumatına görə, Deputatlar Palatasının sədri Yan Hamaçek Çex Respublikasının Prezidenti Miloş Zemanın salamlarını dövlət başçısına çatdırıb. O, Çex Respublikası Prezidentinin iki ölkə arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə böyük maraq göstərdiyini bildirib. Çexiyanın böyük nümayəndə heyəti ilə birinci Avropa Oyunlarında iştirak edəcəyini deyən Yan Hamaçek ölkəsinin
Çex Respublikasının Prezidenti Miloş Zemanla görüşlərini məmnunluqla xatırlayan dövlət başçısı əlaqələrin möhkəmləndirilməsində yüksək səviyyəli qarşıqlılı səfərlərin önəmini qeyd edib. Birinci Avropa Oyunlarının əhəmiyyətinə toxunan Prezident İlham Əliyev yarışlarda böyük nümayəndə heyəti ilə iştirak edən çex idmançılarına uğurlar arzulayıb.
Görüşdə ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə edilib, əlaqələrin daha da genişləndirilməsi üçün qarşılıqlı marağın və imkanların olduğu bildirilib.
Dövlət başçısı Prezident Miloş Zemanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Çex Respublikasının Prezidentinə çatdırmağı xahiş edib.