Azərbaycan Prezidenti ​Çexiya parlamenti Deputatlar Palatasının sədrini qəbul edib

Azərbaycan Prezidenti ​Çexiya parlamenti Deputatlar Palatasının sədrini qəbul edib Görüşdə ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə edilib
Daxili siyasət
11 İyun , 2015 19:03
Azərbaycan Prezidenti ​Çexiya parlamenti Deputatlar Palatasının sədrini qəbul edib

Bakı. 11 iyun. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün ölkəyə səfərə gələn Çex Respublikası parlamentinin Deputatlar Palatasının sədri Yan Hamaçeki iyunun 11-də qəbul edib.

"Report"un məlumatına görə, Deputatlar Palatasının sədri Yan Hamaçek Çex Respublikasının Prezidenti Miloş Zemanın salamlarını dövlət başçısına çatdırıb. O, Çex Respublikası Prezidentinin iki ölkə arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə böyük maraq göstərdiyini bildirib. Çexiyanın böyük nümayəndə heyəti ilə birinci Avropa Oyunlarında iştirak edəcəyini deyən Yan Hamaçek ölkəsinin Milli Olimpiya Komitəsinin bu oyunlara ciddi hazırlaşdığını vurğulayıb.

Çex Respublikasının Prezidenti Miloş Zemanla görüşlərini məmnunluqla xatırlayan dövlət başçısı əlaqələrin möhkəmləndirilməsində yüksək səviyyəli qarşıqlılı səfərlərin önəmini qeyd edib. Birinci Avropa Oyunlarının əhəmiyyətinə toxunan Prezident İlham Əliyev yarışlarda böyük nümayəndə heyəti ilə iştirak edən çex idmançılarına uğurlar arzulayıb.

Görüşdə ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə edilib, əlaqələrin daha da genişləndirilməsi üçün qarşılıqlı marağın və imkanların olduğu bildirilib.

Dövlət başçısı Prezident Miloş Zemanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Çex Respublikasının Prezidentinə çatdırmağı xahiş edib.

Son xəbərlər

Orphus sistemi