Nardaranda peyğəmbərin karikaturasının nəşrinə etiraz olaraq aksiya keçiriləcək

Nardaranda peyğəmbərin karikaturasının nəşrinə etiraz olaraq aksiya keçiriləcək Natiq Kərimov: "Aksiya qəsəbənin "İmam Hüseyn" meydanında olacaq və biz bu mitinqə bütün kəndləri dəvət etmişik"
Daxili siyasət
19 Yanvar , 2015 10:12
Nardaranda peyğəmbərin karikaturasının nəşrinə etiraz olaraq aksiya keçiriləcək

Bakı. 19 yanvar. REPORT.AZ/ Yanvarın 21-də saat 14:00-da Bakının Nardaran qəsəbəsində mitinq keçiriləcək.

Bu barədə "Report"a Nardaran Ağsaqqallar Şurasının sədri Kərbəlayi Natiq Kərimov məlumat verib.

O bildirib ki, aksiya Fransada baş verən terror olaylarından sonra dünyanın bir sıra nüfuzlu nəşrlərinin islam peyğəmbərinin karikaturalarını yenidən dərc etməsinə etiraz əlaməti olaraq keçirilir: "İslam dininin təhqir edilməsinə etiraz edirik. Biz həm də terrora qarşı etirazımızı bildiririk. Aksiya qəsəbənin "İmam Hüseyn" meydanında olacaq və biz bu mitinqə bütün kəndləri dəvət etmişik".

N.Kərimov mitinqlə bağlı heç bir dövlət qurumuna müraciət olunmadığını bildirib: "Biz indiyə qədər keçirdiyimiz aksiyalarla bağlı heç bir dövlət qurumuna müraciət etməmişik. Biz yalnız mitinqlə bağlı elan veririk".

Son xəbərlər

Orphus sistemi