​Azərbaycan tütün ixracı kəskin azaldıb

​Azərbaycan tütün ixracı kəskin azaldıb Bununla yanaşı, tütün və tütün məmulatlarının idxalı da 13% azalıb
Biznes
22 İyun , 2015 15:08
​Azərbaycan tütün ixracı kəskin azaldıb

Bakı. 22 iyun. REPORT.AZ/ Bu ilin yanvar-may ayları ərzində Azərbaycana 130 181,87 min ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib. 

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2014-cü ilin eyni dövrünə nisbətən 19 099,46 min dollar yaxud 12,79% azdır. Nəticədə, 2015-ci ilin 5 ayı ərzində ölkəyə idxal edilən tütün və tütün məmulatları ümumi idxalın 3,20%-ni təşkil edib.

Hesabat dövründə Azərbaycandan 2 503,46 min ABŞ dolları məbləğində tütün və tütünün sənaye əvəzediciləri ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 50,45% azdır. Tütün və tütün əvəzedicilərinin 2015-ci ildə ixracı ölkənin ümumi ixracının 0,06%-nə bərabər olub.

Son xəbərlər

Orphus sistemi