Azərbaycanda “Business Ready” hesabatı üzrə məlumatlılığın artırılması ilə bağlı təkliflər hazırlanacaq

Azərbaycanda “Business Ready” hesabatı üzrə məlumatlılığın artırılması ilə bağlı təkliflər hazırlanacaq Azərbaycanda Dünya Bankı Qrupunun “Business Ready” hesabatı üzrə məlumatlılığın artırılması istiqamətində təkliflər hazırlanacaq.
Biznes
10 May , 2024 15:38
Azərbaycanda “Business Ready” hesabatı üzrə məlumatlılığın artırılması ilə bağlı təkliflər hazırlanacaq

Azərbaycanda Dünya Bankı Qrupunun “Business Ready” hesabatı üzrə məlumatlılığın artırılması istiqamətində təkliflər hazırlanacaq.

“Report” xəbər verir ki, bu, hesabatın “İşçi qüvvəsi” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsində öz əksini tapıb.

Qeyd edilib ki, “Business Ready” hesabatının indikatorlarının və tələb olunan qanunvericilik və inzibatçılıq islahatlarının müzakirəsi məqsədilə ölkədə fəaliyyət göstərən aparıcı biznes subyektləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur, nəticələri üzrə təkliflər hazırlanaraq Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyaya iyunun 1-dək təqdim olunmalıdır.

Həmçinin Azərbaycanda məşğulluq xidmətlərinin əhatəliliyinin və keyfiyyətinin yüksəldilməsi istiqamətində də iri biznes subyektləri ilə görüşlər təşkil olunacaq.

İcraçı qurum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təyin edilib.

Son xəbərlər

Orphus sistemi