"Bakı 2015"də velosiped idmanının şosse növündə qaliblər müəyyənləşib

"Bakı 2015"də velosiped idmanının şosse növündə qaliblər müəyyənləşib İspaniya qızıl, Ukrayna gümüş, Çexiya bürünc medala sahib olub
Avropa Oyunları
21 İyun , 2015 15:47
Bakı 2015də velosiped idmanının şosse növündə qaliblər müəyyənləşib

Bakı. 21 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında kişilər arasında şosse velosipedi yarışlarına yekun vurulub. "Report"un məlumatına görə, yürüşün qalibi ispaniyalı Luis Leon Sançes Gil olub. 

Ukraynalı Andrey Qrivko ikinci, çexiyalı Petr Vakok üçüncü yeri tutub. Onlar finişə 5 saat 27 dəqiqə 25 saniyəyə çatıblar.

Azərbaycan velosipedçilərindən isə yalnız Elçin Əsədov sonadək çıxış edib. O, 5 saat 42 dəqiqə 25 saniyə nəticə ilə 55-ci olub. Samir Cəbrayılov finişə çata bilməyib. Maksim Averin isə zədə üzündən yarışa çıxmayıb. 

*** 10:01

"Bakı 2015" I Avropa Oyunlarında kişilər arasında şosse velosipedi yarışları start götürüb. "Report"un məlumatına görə, yarışda Azərbaycanı 2 idmançı təmsil edir.

Bunlar Elçin Əsədov və Samir Cəbrayılovdur. Maksim Averin isə zədə üzündən yarışa qatılmayıb. Ümumilikdə, şosse velosipedinin son yarış günündə 125 idmançı mübarizə aparır. Onlar şəhərin mərkəzi küçələri ilə dövrə vururlar.

Qeyd edək ki, yürüşün finişi Hökumət Evinin qarşısında olacaq. 

Son xəbərlər

Orphus sistemi