Salome Zurabişvili ABŞ-da Gürcüstan-Azərbaycan münasibətlərini müzakirə edib

Salome Zurabişvili ABŞ-da Gürcüstan-Azərbaycan münasibətlərini müzakirə edib Gürcüstan Prezidenti Salome Zurabişvili Nyu-Yorka işgüzar səfəri çərçivəsində beynəlxalq yəhudi təşkilatlarının prezidentləri ilə görüşüb.
Xarici siyasət
27 Sentyabr , 2019 12:39
Salome Zurabişvili ABŞ-da Gürcüstan-Azərbaycan münasibətlərini müzakirə edib

Gürcüstan Prezidenti Salome Zurabişvili Nyu-Yorka işgüzar səfəri çərçivəsində beynəlxalq yəhudi təşkilatlarının prezidentləri ilə görüşüb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Prezident Administrasiyası məlumat yayıb.

Görüşdə Gürcüstan vətəndaşları və yəhudilər arasında dostluq münasibətlərinin əhəmiyyəti vurğulanıb.

S.Zurabişvili bildirib ki, tolerantlıq Gürcüstanda tarixən mövcud olub: “Gürcüstanda əsrlərdir müxtəlif inanc və dinə məxsus olan insanlar bir yerdə dinc şəraitdə yaşayırlar. Bu ənənəni möhkəmləndirmək lazımdır. Buna görə də biz Gürcüstan tolerantlığının YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi təşəbbüsü ilə çıxış etmişik”.

Tərəflər həmçinin Gürcüstanın Rusiya və digər qonşuları – Azərbaycan, Ermənistan, Türkiyə və İranla münasibətlərini də müzakirə ediblər. Gürcüstanın geosiyasi rolu, Asiya və Avropanı birləşdirən nəqliyyat dəhlizinin əhəmiyyəti də qeyd olunub.  

Son xəbərlər

Orphus sistemi