Zeynəb Xanlarova: “Avropa Şurası türkün gücünü gördükcə bu cür qərəzli hərəkətlər edəcək”

Zeynəb Xanlarova: “Avropa Şurası türkün gücünü gördükcə bu cür qərəzli hərəkətlər edəcək” “Bu gün Türkiyəyə edilən, sabah Azərbaycana qarşı olacaq”
Xarici siyasət
2 May , 2017 12:51
Zeynəb Xanlarova: “Avropa Şurası türkün gücünü gördükcə bu cür qərəzli hərəkətlər edəcək”

Bakı. 2 may. REPORT.AZ/ “Ömrüm boyu türk olduğumu demişəm. Həmişə konsertlərimdə buna toxunmuşam. Avropa Şurası türkün gücünü gördükcə bu cür qərəzli hərəkətlər edəcək. Təklif edirəm ki, parlament adından etirazımızı bildirək. Çünki bu gün Türkiyəyə edilən, sabah Azərbaycana qarşı olacaq”.

“Report”un xəbərinə görə, bunu deputat Zeynəb Xanlarova parlamentin bu gün keçirilən plenar iclasında deyib. 

Z.Xanlarova deyib ki, qərəzli mövqeyə görə, AŞPA-ya etiraz məktubu göndərilməlidir: “Biz özümüzü Türkiyədən ayıra bilmərik”.

Son xəbərlər

Orphus sistemi