Zəngilanda qəzaya düşən Binali Yıldırım bu gün ilk dəfə TBMM-də iclasda iştirak edib

Xarici siyasət
  • 18 yanvar, 2023
  • 10:22
Zəngilanda qəzaya düşən Binali Yıldırım bu gün ilk dəfə TBMM-də iclasda iştirak edib
Binəli Yıldırım

Ötən il oktyabrın 20-də Azərbaycanın işğaldan azad olunmuş Zəngilan rayonunda avtomobil qəzasına düşən Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini, keçmiş Baş nazir Binali Yıldırım bu gün siyasi təşkilatın Türkiyə Böyük Millət Məclisindəki (TBMM) deputat fraksiyasının toplantısında iştirak edib.

“Report”un Ankara Bürosunun xəbərinə görə, bunu TBMM-də AK Partini təmsil edən millət vəkili Şamil Ayrım tviter səhifəsində yazıb.

“Hörmətli Binali Yıldırıma sağlıqlı, hüzurlu, uğurlu illər diləyirəm”, - o bildirib.

Qeyd edək ki, kəçən il B.Yıldırım və Ş.Ayrım Zəngilan hava limanı istiqamətində avtomobil qəzasına düşmüşdülər.

44 filmi