Zəngilanda “COP29-a aparan yol: Dayanıqlı və davamlı gələcək” mövzusunda yüksək səviyyəli görüş davam edir

Zəngilanda “COP29-a aparan yol: Dayanıqlı və davamlı gələcək” mövzusunda yüksək səviyyəli görüş davam edir Zəngilanda “COP29-a aparan yol: Dayanıqlı və davamlı gələcək” mövzusunda 29-cu yüksək səviyyəli görüş işini davam etdirir.
Xarici siyasət
21 İyun , 2024 11:48
Zəngilanda “COP29-a aparan yol: Dayanıqlı və davamlı gələcək” mövzusunda yüksək səviyyəli görüş davam edir

Zəngilanda “COP29-a aparan yol: Dayanıqlı və davamlı gələcək” mövzusunda 29-cu yüksək səviyyəli görüş işini davam etdirir.

“Report” xəbər verir ki, üç gündür ki, davam edən tədbirin ilk iki günü Bakıda keçirilib.

Tədbirin yekun günündə Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə təcrübəsi və Dayanıqlı İnkişaf Məqsədləri (DİM) sahəsində nailiyyətləri müzakirə olunacaq.

Xatırladaq ki, ilk iki gündə yeddi panel müzakirəsi keçirilib, həmin panellərdə iqlim dəyişikliyinin təsirlərinin yumşaldılması, uyğunlaşma və davamlılıq məsələləri, həmçinin qlobal istiləşmənin su ehtiyatlarına, biomüxtəlifliyə və ərzaq təhlükəsizliyinə mənfi təsiri, iqlim dəyişikliyi ilə mübarizədə elm, texnologiya və innovasiyaların rolu, qida və kənd təsərrüfatı sektorlarında vəziyyət, maliyyə məsələləri müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi