Minsk Milli Kitabxanasının binasında 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan bayrağı və zəfərə aid simvolları əks etdirən xüsusi işıq proyeksiyası nümayiş etdirilib.
"Report" xəbər verir ki, tədbir Belarusda fəaliyyət göstərən Azərbaycan Ticarət Evinin təşəbbüsü ilə baş tutub və hər iki ölkə arasındakı dostluq münasibətlərin yüksək səviyyədə olmasını nümayiş etdirir.
Turistlər və şəhər sakinləri arasında böyük maraq doğuran bu təşəbbüs Azərbaycan-Belarus münasibətlərinin inkişafına töhfə verməklə yanaşı, Azərbaycanın təbliğinə müsbət təsir edir.
Azərbaycan Ticarət Evinin nümayəndələri bildiriblər ki, bu cür tədbirlər Azərbaycan mədəniyyətinin və tarixinin Belarus ictimaiyyətinə tanıdılması baxımından böyük əhəmiyyət kəsb edir.