Zahid Oruc: Ermənistanda Allaha inanmayan din xadimləri var

Zahid Oruc: Ermənistanda Allaha inanmayan din xadimləri var Sərhəddin delimitasiyasına etiraz adı ilə meydanlara çıxan Baqrat Qalstanyanın apardığı mübarizə təkcə hakimiyyət davası deyil, kilsənin dövlət üzərində minillik inhisarını qorumağa xidmət edən “xaç yürüşü”dür.
Xarici siyasət
25 İyun , 2024 11:39
Zahid Oruc: Ermənistanda Allaha inanmayan din xadimləri var
Zahid Oruc

Sərhədin delimitasiyasına etiraz adı ilə meydanlara çıxan Baqrat Qalstanyanın apardığı mübarizə təkcə hakimiyyət davası deyil, kilsənin dövlət üzərində minillik inhisarını qorumağa xidmət edən “xaç yürüşü”dür.

“Report” xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin növbədənkənar sessiyasının iyunun 25-də keçirilən iclasında çıxışı zamanı deyib.

O bildirib ki, artıq erməni rəsmiləri də xalqımızın yüz illərlə dediklərini təsdiqləyir: “İlk növbədə, Ermənistanın baş naziri Nikol Paşinyan “tarixi, mifik yox, real Ermənistan” deyir, “dövlət kilsədən ayrılmalıdır”, söyləyir”.

Deputatın sözlərinə görə, bir kilsə əmin-amanlığa xidmət etmirsə, o Allah evi yox, hərbi-siyasi qərargahdır:

“Kilsə əgər sülh təmin etmirsə o dirildən məbəd deyil, öldürən silahdır. Paşinyanın cəsarətli fikri necə də həqiqətdir: ”Ermənistanda Allaha inanmayan çoxlu din xadimi var”.

Son xəbərlər

Orphus sistemi