Yuxarı

YUNESKO-nun baş direktoru: "Bütün sivilizasiyalar məhz Azərbaycanda cəmləşir"

Azərbaycan canlı ənənələrin yaşadığı ölkələr sırasındadır

Bakı. 18 dekabr. REPORT.AZ/ Bakıda TÜRKSOY-a üzv ölkələrin YUNESKO üzrə Milli Komissiya və Komitələrinin ənənəvi V iclası öz işini davam etdirir. “Report” xəbər verir ki, iclasın davamında YUNESKO xarici əlaqələr və ictimai məlumat sektorunun Üzv dövlətlər və tərəfdaşlar idarəsinin rəhbəri Genc Seiti YUNESKO-nun baş direktoru İrina Bokovanın tədbir iştirakçılarına ünvanladığı müraciəti oxuyub.

Müraciətdə qeyd edilir ki, Azərbaycan YUNESKO-nun fəal səylərini əsirgəməyən üzvünə çevrilib: “Azərbaycan YUNESKO-nun müvafiq sahələrinə böyük töhfələr verib. Bu töhfə xüsusilə də mədəni irsin qorunması sahəsində olub. Bu da birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə olub.

Azərbaycan canlı ənənələrin yaşadığı ölkələr sırasındadır. Azərbaycan elə unikal yerlərdən biridir ki, bütün sivilizasiyalar məhz burada cəmləşir. Bu da ölkənin istər YUNESKO, istərsə də digər beynəlxalq təşkilatlarda lider kimi möhkəmlənməsində vacib addımlardan biridir”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi