Yuxarı

Yaponiya nümayəndə heyəti Azərbaycana səfərə gəlib

Naxçıvan və Yaponiyanın Miyakodzima şəhəri arasında qardaşlaşma haqqında sazişin imzalanması gözlənilir

Bakı. 11 aprel. REPORT.AZ/ Yaponiyalı iş adamlarından ibarət nümayəndə heyəti, eləcə də Okinava prefekturasının rəsmi şəxsləri Azərbaycana səfərə gəlib.

"Report" xəbər verir ki, nümayəndə heyətinə iqtisadiyyat sahəsi üzrə yaponiyalı ekspert və Okinava parlamentinin sədri Masaharu Kina rəhbərlik edir.

Səfər çərçivəsində nümayəndə heyəti Naxçıvana səfər edəcək. Orada bir neçə rəsmi görüşlər keçirəcək Yaponiya nümayəndə heyəti bu iki region arasında xüsusilə turizm, energetika və bərpa olunan enerji mənbələrindən istifadə sahəsində əməkdaşlığın inkişafı yollarını müzakirə edəcək.

Eyni zamanda Naxçıvan və Yaponiyanın Miyakodzima şəhəri arasında qardaşlaşma haqqında sazişin imzalanması gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi