Yaponiya Azərbaycanda “Ot kökləri” proqramı çərçivəsində 275 layihə icra edib

Yaponiya Azərbaycanda “Ot kökləri” proqramı çərçivəsində 275 layihə icra edib Yaponiyanın Azərbaycandakı səfirliyi “Ot kökləri” insan təhlükəsizliyi layihələrinə qrant dəstəyi proqramı (GGP) çərçivəsində ölkəmizdə 2001-2021-ci illər ərzində 275 layihə icra edib.
Xarici siyasət
16 Dekabr , 2021 12:23
Yaponiya Azərbaycanda “Ot kökləri” proqramı çərçivəsində 275 layihə icra edib

Yaponiyanın Azərbaycandakı səfirliyi “Ot kökləri” insan təhlükəsizliyi layihələrinə qrant dəstəyi proqramı (GGP) çərçivəsində ölkəmizdə 2001-2021-ci illər ərzində 275 layihə icra edib.

“Report” xəbər verir ki, bunu sözügedən proqramın meneceri Takuma Haşimoto bildirib.

Onun sözlərinə görə, həmin layihələrin 88-i səhiyyə, 85-i təhsil, 77-i su təchizatı, 14-ü isə kənd təsərrüfatı sahəsinə aiddir. Bütövlükdə proqram çərçivəsində Azərbaycana ayrılan qrantların məbləği 37 milyon manata yaxındır.

O, GGP-nin Yaponiya ilə Azərbaycan arasındakı dostluq və etimad rəmzi olduğunu, indiyədək proqram çərçivəsində həyata keçirilmiş layihələrdən 45 minə yaxın Azərbaycan vətəndaşının bəhrələndiyini diqqətə çatdırıb.

GGP proqramının bundan sonra da davam etdiriləcəyini vurğulayan T.Haşimoto indiyədək Azərbaycan tərəfindən ən çox səhiyyə üzrə layihələrə tələbat olduğunu deyib.

Son xəbərlər

Orphus sistemi