YAP sədrinin müavini: “Şuşa Bəyannaməsi Zəfər yolunda əminliklə və qətiyyətlə addımlamağa imkan verir”

YAP sədrinin müavini: “Şuşa Bəyannaməsi Zəfər yolunda əminliklə və qətiyyətlə addımlamağa imkan verir” ““Şuşa İli”ndə, Azərbaycan xalqının ictimai-siyasi yaddaşında mühüm yer tutan, taleyində müstəsna rol oynayan 15 İyun - Milli Qurtuluş Günündə iki qardaş ölkə arasında müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsinin imzalanmasının birinci ildönümünü
Xarici siyasət
15 İyun , 2022 11:22
YAP sədrinin müavini: “Şuşa Bəyannaməsi Zəfər yolunda əminliklə və qətiyyətlə addımlamağa imkan verir”

“Şuşa İli”ndə, Azərbaycan xalqının ictimai-siyasi yaddaşında mühüm yer tutan, taleyində müstəsna rol oynayan 15 İyun - Milli Qurtuluş Günündə iki qardaş ölkə arasında müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsinin imzalanmasının birinci ildönümünü qeyd etmək sonsuz qürur və iftixar hissi yaşadır, gələcəyə inamla və ümidlə baxmağa, Zəfər yolunda əminliklə və qətiyyətlə addımlamağa imkan verir”.

“Report”un xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Şuşa Bəyannaməsinin birinci ildönümünə həsr olunan beynəlxalq konfransda çıxışında bildiirb.

“İnkaredilməz həqiqətdir ki, dünyada Azərbaycan ilə Türkiyə qədər bir-birinə mənəvi və siyasi cəhətdən yaxın ölkələr yoxdur. Milli dəyərlər və tarixi ənənələr üzərində təşəkkül tapmış bu dostluq, qardaşlıq və tərəfdaşlıq münasibətləri bənzəri olmayan birlik və həmrəylik nümunəsidir. Ölkələrimiz arasında münasibətlər istənilən siyasi hadisə, məsələ və prosesin fövqündədir”, - o deyib.

T.Budaqov söyləyib ki, bugünkü reallıqlar ümummilli lider Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir” və böyük öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamlarının real həyatda öz təsdiqini tapmasını əks etdirir: “Regionun yeni geostrateji reallıqlarını təsdiqləyən sənəd kimi Şuşa Bəyannaməsi Qars müqaviləsinə, Dostluq və Əməkdaşlıq haqqında Müqaviləyə, Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında müqaviləyə əsaslanaraq Azərbaycan-Türkiyə münasibətlərinə yeni mənəvi-siyasi və hərbi-strateji məzmun verib, müttəfiqlik əlaqələrinin keyfiyyətcə yeni səviyyəyə - yeni mərhələyə yüksəlməsini təmin edib. Şuşa Bəyannaməsinin imzalanmasından sonra görülən işlər iki ölkə arasında siyasi, iqtisadi-ticari, hərbi-strateji, mədəni-humanitar sahələrdə münasibətlərin inkişafına güclü təkan və önəmli töhfədir.

Şübhəsiz ki, Azərbaycan və Türkiyə bundan sonra da ortaq hədəflər, milli maraqlar əsasında fəaliyyət göstərəcək, möhkəm həmrəylik və qətiyyətli siyasi iradə nümayiş etdirəcəklər. Hakim siyasi partiyalar da bu istiqamətdə öz üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklər. Yeni Azərbaycan Partiyası ilə AK Parti tərəfindən təşkil olunan bugünkü konfrans da Azərbaycan-Türkiyə birliyinin sarsılmazlığının bariz nümunəsi, əyani ifadəsi və növbəti nümayişidir”.

Son xəbərlər

Orphus sistemi